İsrail-HƏMAS danışıqları nəticəsiz qaldı - Ədbülhadi
Qəzzada atəşkəs və HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı Qətərdə aparılan danışıqlar nəticəsiz qalıb.
BUTA.TV xəbər verir ki, bunu HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi deyib.
“Vasitəçilər bizə dedilər ki, mübahisəli məqamlar həll olunmayıb və İsrailin baş naziri Binyamin Netanyahu əlavə şərtlər irəli sürüb və danışıqları daha da çətinləşdirib”, - Əbdülhadi bildirib.