İsrail ordusu Livanın cənubunda Hizbullahın silah anbarlarına hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Bu gün İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Şeba bölgəsində Hizbullah terror qruplaşmasına və silah anbarına hücum edib. Hərbi hava qüvvələri həmçinin Aita əş-Şaab bölgəsində Hizbullahın silah anbarına və Livanın cənubundakı Matmura bölgəsindəki hərbi obyektə hücum edib”, - məlumatda qeyd olunub.

Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir