Avqustun 19-da Azərbaycan Respublikasına dövlət səfərinə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub.

BUTA.TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.