Almaniya Ukraynaya növbəti hərbi yardım göndərib.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat yayılıb.

Yeni yardım paketində İRİS-T zenit raket kompleksi, 155 mm-lik artilleriya mərmiləri, 10 ədəd suüstü dron, 26 ədəd ehtiyat hissələri ilə birlikdə “Vektor” kəşfiyyat dronları, 6 ədəd “Bergepanzer” zirehli avtomobili, 700 ədəd MK 556 avtomat tüfəngi, 10 ədəd HLR 338 snayper tüfəngi, 50 ədəd CR 308 tüfəngi yer alıb.