"Real"ın hücumçusu Kilian Mbappe ispaniyalı tennisçi Rafael Nadala La Liqada debüt oyununda geyindiyi formanı hədiyyə edib.

BUTA.TV xəbər verir ki, avqustun 18-də Madrid klubu İspaniya çempionatının 1-ci turu çərçivəsində səfərdə "Malyorka" ilə heç-heçə edib (1:1). Bu görüşü Rafael Nadal da stadiondan izləyib.

Matç başa çatdıqdan sonra Mbappe Nadala öz formasını verib.