Kiminsə Gürcüstan-Ukrayna münasibətlərində yenidən nəzərdən keçirməli olduğu bir məqam varsa, o da Ukrayna hökumətidir.

BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

"Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin başlamasının beşinci günü Gürcüstan səfirini iki səbəb göstərərək ölkədən çıxarıb: Tiflisin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən və rəsmi şəkildə könüllü göndərməkdən imtinanı...", - İ.Kobaxidze qeyd edib.