Bu gecə İranın Kirman-İranşəhr magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə İranşəhr Təcili Yardım İdarəsinin rəisi Əlirza İrəndeqani məlumat verib.

Onun sözlərinə görə, avtobusun aşması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İrəndeqani qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı açıqlama verməyib.