Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, onun 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.