Ukrayna ordusunun Kursk vilayətini atəşə tutması nəticəsində 17 yerli sakin həlak olub, daha 140 nəfər yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, yaralılardan 75-i, xüsusilə 4 uşaq xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücum edib.