Tanınmış aktyor Kurskdakı döyüşlərdə həlak oldu - Foto
Rusiyalı aktyor Yevgeni Şişov Kursk vilayətində gedən döyüşlərdə həlak olub.
Kult.az xəbər verir ki, məlumatı Kino-teatr.ru yayıb.
42 yaşlı aktyorun ölüm xəbərini həmkarları da təsdiqləyib.
Qeyd edək ki, Y.Şişov 1982-ci ildə anadan olub. O, ekranlarda "Dəniz şeytanları", "Çətin ölüm", "Möhtəşəm beşlik", "Nevski" kimi layihələrlə məşhurluq qazanıb.