Lənkəran stansiyasından 78 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

BUTA.TV xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 21.03-də baş verən zəlzələnin maqnitudası 3,8, zəlzələ ocağının dərinliyi 38 km olub.