Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
Əfqanıstanda saqqal saxlamaq istəməyən 280-dən çox polis əməkdaşı işdən çıxarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə “İslam qanunları”na və əfqan adət-ənənələrinə əməl olunması uğrunda aparılan “mübarizə” çərçivəsində 2023-cü ildə ölkədə “qeyri-etik hərəkətlərə” görə 13 mindən çox insan saxlanılıb, onların yarıdan çoxu məhkəmə qarşısına çıxarılıb.