İrəvanda avrokubok matçında işıqlar söndü - Video
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində ötən gün keçirilən “Noah” (Ermənistan) – “Rujomberok” (Slovakiya) görüşündə stadionun işıqları sönüb.
BUTA.TV xəbər verir ki, Abovyan şəhər stadionunda oynanılan matçın 68-ci dəqiqəsində stadionda işıqlar sönüb. təxminən 20 dəqiqəlik fasilədən sonra qarşılaşma bərpa olunub.
Qarşılaşma "Noah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.