“Qarabağ”da daha bir ağır itki
UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" daha bir itki ilə üzləşib.
BUTA.TV xəbər verir ki, "köhlən atlar"dan Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək.
Futbolçu Zaqreb "Dinamo"su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə aldığına görə cəzalı duruma düşüb. Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu səbəbdən də Romao "Dinamo" ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək.
Xatırladaq ki, "Qarabağ" səfərdə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qarabağ"ın heyətində daha öncə iki futbolçusu Marko Yankoviç və Veşoviç zədə səbəbindən komandaya "Dinamo Zaqreb"lə görüşdə kömək edə bilməmişdi.
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir