Litvada Almaniya Silahlı Qüvvələrinin 4000 əsgərinin yerləşəcəyi hərbi bazanın tikintisinə başlanılıb. Layihə 2027-ci ilin sonuna qədər tamamlanacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Litva Silahlı Qüvvələrinin Baş Komandanı Raymundas Vaiksnorasın sözlərinə görə, üç il ərzində bazanın qurulmasına 1 milyard avrodan çox vəsait xərclənəcək:

“Rudninkay kəndi yaxınlığında tikilən bazanın ərazisində atış tirləri, tanklar üçün anqarlar və digər obyektlər tikiləcək. Hərbi şəhərciyin ərazisi 170 hektar olacaq”.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş Natiq Əliyevin qızından şikayətçi olan da general imiş