Joao Feliks rəsmən “Çelsi”də
İngiltərənin "Çelsi" klubu hücumçu Joao Feliksin transferini rəsmən açıqlayıb.
BUTA.TV xəbər verir ki, portuqaliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Feliksin transfer hüququ "Atletiko Madrid"ə məxsus olsa da, ötən mövsümü icarə əsasında "Barselona"da keçirib.