Yunqar Alatau dağlarında Qazaxıstanın Desant-Hücum Qoşunları və Azərbaycan Ordusunun bölmələri arasında kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi üzrə təcrübə mübadiləsinin həyata keçiriləcəyi “Altın Kıran” beynəlxalq taktiki-xüsusi təlimi başlayıb.

BUTA.TV Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlim Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının komandanı general-mayor Almaz Jumakeyevin rəhbərliyi ilə keçirilir.

Təlim iştirakçılarının daha səmərəli fəaliyyət göstərmələri üçün iştirakçılar Qazaxıstan və Azərbaycan hərbçilərindən ibarət iki qarışıq qrupa bölünüblər.

General Natiq Əliyevin qızı saxlanıldı General Natiq Əliyevin qızı saxlanıldı