Çexiyada bomba təhlükəsi: 600-ə yaxın sakin təxliyə olundu
Çexiyanın Litvinov şəhərində II Dünya müharibəsindən qalma hava bombasının tapılması ilə bağlı 600-ə yaxın sakin təxliyə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Onu yoxlayan istehkamçılar belə qənaətə gəliblər ki, partlayış təhlükəsi böyükdür və onun şəhərdən çıxarılması, eləcə də sonradan ləğv edilməsi üçün ən münasib şəraiti təmin etmək lazımdır.
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - Hadisə yerindən görüntülər