Pakistanda polis konvoyuna hücum: 11 ölü, 7 yaralı
Avqustun 22-də Pakistanın Pəncab əyalətinin şərqində naməlum silahlı şəxslər polis konvoyuna hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Assoşeyted Press" agentliyi məlumat yayıb.
Hücum nəticəsində 11 polis həlak olub, 7 polis isə yaralanıb.
Pakistanlı sosial media fəalları hücumun İrana bağlı "Zeynəbiyyun" silahlı qruplaşması tərəfindən edildiyini iddia ediblər. Pakistan rəsmiləri isə bu məlumatı təkzib edərək, hücumun silahlı qarətçilər tərəfindən edildiyini bildirib.
Mühafizəçi nazirə sərt xəbərdarlıq etdi, gündəm oldu - Video