Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın vaxtlarda İrana səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə MAQATE rəhbəri Rafael Qrossi X hesabında yazıb.

“Tezliklə siyasi və texniki görüşlərin keçiriləcəyi Tehrana səfər edəcəyəm”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Qrossi Tehranı MAQATE ilə qeyri-kafi əməkdaşlığa görə tənqid edib. Qrossi deyib ki, İran hələ də öz müəssisələrindəki uran izlərinin mənşəyini izah etməyib.