Qərbi Azərbaycanda tarixi bölgə dağıdılır
Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) rayonunda yerləşən tarixi Dev zindanı (Zindan dağı) bölgəsi dağıdılır.
Kult.az xəbər verir ki, bu barədə mədəni fəallar məlumat yayıb.
3 min illik tarixi olan Dev zindanı Suğurlu (Təxti Süleyman) tarixi kompeksinin yaxınlığında yerləşir.
Milli fəalların dediyinə görə, dağıntı işləri kompleksin məsulu Məhəmməd Əminiyanın göstərişi ilə aparılıb.
Qeyd edək ki, dağıdılan ərazidə eramızdan əvvəl 1-ci minilliyə aid müqəddəs Manna məbədi olub.