Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir - Bianki
Bizim Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir. Bütün tikililər məhv edilib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ağdamda İmarət Kompleksində Azərtac-a müsahibəsində bərpa üzrə italiyalı ekspert Alessandro Bianki deyib.
O əlavə edib:
“Hətta qəbiristanlıqlar da dağıdılıb. Biz Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Bundan əlavə, dağıdılmış binaların restavrasiyasına da ehtiyac var”.
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü - Fotolar