Mingəçevirdə diş poliklinikasından oğurluq edən şəxs kameraya düşüb.

BUTA.TV xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində fəaliyyət göstərən stomatoloji klinikada baş verib. Belə ki, oğurluq əməlini törədən şəxs həkim-stomatoloqun otağına girərək ona məxsus pul qabını götürüb və mərkəzi tərk edib.

Şəxsin törətdiyi əməl isə otaqda quraşdırılan təhlükəsizlik kamerasi ilə anbaan qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxsin kimliyi müəyyən olunub və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.