Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H.Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H.Qasımlı tərəfindən bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.