Oktyabrın 19-da səhər saatlarında Sankt-Peterburqda partlayışlar eşidilib.

BUTA.TV xəbər verir ki, Rusiya Teleqram kanalları Ukrayna PUA-larının şəhərə hücum etdiyini və HHM sistemlərinin işə düşdüyünü yazıb.

Bildirilib ki, əhali üçün heç bir təhlükə yoxdur.

Şəhər sakinləri bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsi barədə məlumat veriblər.