Bu su anbarının təmirinə 6,4 milyon xərclənəcək
Viləşçay su anbarında müəyyən təmir işləri həyata keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
Belə ki, su anbarında tikinti-istismar sukeçirici qurğunun (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri aparılacaq.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 6.448.053,38 AZN-ə (6 milyon 448 min 53 manat 38 qəpik) başa gələcəyini ehtimal edir.