Paytaxtın Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının həyətində kütlə dava baş verib.

BUTA.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.az-a açıqlamasında hadisə ilə bağlı ərazi üzrə müvafiq polis şöbəsində araşdırmalara başlanıldığını bildirib.

"Qeydə alınan insidentdə iştirak edən şəxslər müəyyən olunub və izahatları alınıb", - deyə E.İbrahimov əlavə edib.