Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Ötən gündən müşahidə olunan qeyri-sabit hava bu gün axşamadək davam edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinın yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, noyabrın 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq, şimşək çaxacaq.
Sözügedən bölgələrin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var.
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində – Ermənistanda milyardlarla dollarlıq layihə!