Rəşad Təmraz oğlu Orucov Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Milli Məclisin qərarında deyilir.

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Rəşad Təmraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilsin”.