Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa Şurasının baş katibi Alen Berse arasında telefon danışığı baş tutub.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Tərəflər Ermənistan-AŞ tərəfdaşlığı, eləcə də regional sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Bundan başqa, Ermənistan və Azərbaycan arasındakı sülhlə bağlı fikir mübadiləsi aparılıb.