İsrail Prezidenti İshaq Hersoq AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

BUTA.TV xəbər verir ki, bu barədə prezident X hesabında yazıb.

“Səhər satlarında Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram”, - Hersoq vurğulayıb.