28 dəqiqə sonra təyyarə ilə əlaqə kəsildi - Nazir müavini
Qəzaya uğrayan təyyarə ölkəmizin hava məkanına yerli vaxtla 11:00-da daxil olub, 28 dəqiqə sonra isə hava gəmisi ilə əlaqə itib.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.
O qeyd edib ki, əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.