İstintaq yekunlaşmamışdan əvvəl Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı.

BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Hava yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı danışarkən deyib

Peskov deyib ki, Kreml ekspertizanı nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcək.