2025-ci ildə yəqin ki, bəzi dövlətlər parçalanacaq, yeni dövlətlər yaranacaq.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.

O bildirib ki, 2025-ci il tufanqabağı sakitliyi andırır:

“Biz indi daha böyük milli birliyə nail olmalıyıq. Prezidentimizin siyasəti ilə fırtınalardan, aysberqlərdən gəmimiz sakitliyə çıxarılır. Biz ölkəyə qarşı yönələn əlləri dəf etməliyik”.