Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Yeni il münasibətilə türkdilli dövlətləri, o cümlədən Azərbaycanı təbrik edib.

BUTA.TV xəbər verir ki, təbrik mətni təşkilatın saytında dərc olunub.

Bildirilib ki, bu ilin ən mühüm hadisələrindən biri Azərbaycanın işğaldan azad olunmuş Şuşa bölgəsində liderlərin qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsi olub:

"Şuşa türk dünyası üçün güc və tranformasiya mərkəzinə çevrilib".