İranlı deputatdan spikerə: Vallah, sən diktatorsan!
İran parlamentinin üzvü Məhəmmədrza Səbbağiyan parlamentin spikeri Məhəmməd Qalibafı sərt tənqid edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı İran KİV-ə istinadən yazıb.
Belə ki, Məhəmmədrza Səbbağiyan ona "göstərişdən kənar danışmayın" deyərək xəbərdarlıq edən spiker Məhəmmədbaqir Qalibafa kəskin cavab verib:
"Sizin qədər heç kim qayda və nizamnamədən kənar hərəkət etmir".
M.Səbbağiyan bunu dedikdən sonra M.Qalibaf onun mikrofonunu söndürüb.
Millət vəkili isə buna cavab olaraq qışqıraraq parlament sədrinə - "Vallah, sən diktatorsan!", - söyləyib.