Məşhur pop ulduz Cennifer Lopez dünya turu çərçivəsində İrəvanda konsert proqramı ilə çıxış edəcək.

BUTA.TV xəbər verir ki, Lopez bu barədə özünün İnstaqram səhifəsində məlumat yayıb. Lopezin konserti 3 avqust tarixində Vazgen Sərkisyan adına Respublika Stadionunda baş tutacaq.

Tur çərçivəsində müğənni Türkiyə, İspaniya, Misir, Macarıstan, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanda da konsertlər verəcək.