Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

BUTA TV
 xəbər verir ki, tenderin qalibi “Fəza-F” MMC-dən itlər üçün 150 ton quru yem alınacaq və bunun üçün 425 min 685 manat vəsait ödəniləcək. Tender müsabiqəsinin qalibi olan şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb.  “Fəza-F” MMC 2022 və 2024-cü illərdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keçirdiyi 5 tender müsabiqəsində qalib olub. 

İt yemindən əvvəl “Fəza-F” MMC Departamentə xam duz, avtomobillər üçün ehtiyat hissələri və sürtkü yağları satıb.

Ərli qadınla yaşayan evli kişi polis çağırdı, özü həbs olundu Ərli qadınla yaşayan evli kişi polis çağırdı, özü həbs olundu