Gəncədə külək işıq dirəyini iki maşının üzərinə aşırdı - Video
Gəncədə işıq dirəyi minik və yük avtomobilinin üzərinə aşıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.
Güclü külək nəticəsində işıq dirəyi "Mitsubişi" markalı minik və "Qazel" markalı yük avtomobilin üzərinə aşıb.
Avtomobillərə ciddi ziyan dəyib.