Bakıda qətl törədilib.

BUTA.TV xəbər verir ki, fevralın 21-i saat 23 radələrində Şüvəlan ərazisində qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədovu bıçaqla öldürüb.

İ.Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.