15 metrlik elektrik dayağından yıxılaraq öldü
Ələtdə kişi hündürlükdən yıxılaraq ölüb.
BUTA.TV xəbər verir ki, Valid Şəmsəddin oğlu Səfərov Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində elektrik dayağına elektrik naqili quraşdıran zaman 15 m hündürlükdən yıxılıb.
Xəstəxanaya yerləşdirilən V. Səfərov aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.