Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi
Turan İnformasiya Agentliyininin saytı fəaliyyətini bərpa edib.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf-a agentliyin rəhbəri Mehman Əliyev məlumat verib.
"Bizim fəaliyyətimiz agentlik kimi yox, analitik xidmət kimi bərpa olunub" - deyə o, bildirib .
Qeyd edək ki, Turan İnformasiya Agentliyi 1990-cı ildə yaradılıb.
13 fevral 2025-ci ildə agentliyin fəaliyyətinin dayandırılması ilə bağlı kollektiv adından direktor Mehman Əliyev müraciət edib.