Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanada ölüb.

BUTA.TV xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib.

Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.