İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

BUTA.TV xəbər verir ki, bir qədər əvvəl İsveçrənin İrandakı səfiri 6 nəfərlik heyətlə Azərbaycan sərhədi ilə təxliyə olunub.

İsveçrənin İrandakı səfiri Olivier Bangerter bildirib ki, fəaliyyətlərini Bakıda davam etdirmək istəyirlər:

"Azərbaycan çox gözəl və sakit ölkədir. Burada olmağımıza şadam. Bizə yaradılan şəraitə görə təşəkkür edirəm. Buradan Bakıya gedəcəyik. Çox istəyərdim fəaliyyətimizi Bakıda davam etdirək. Amma buna dövlət özü qərar verəcək".