Muğanlı-İsmayıllı avtomobil yolunun yeni çəkilən hissəsində torpaq sürüşməsi qeydə alınıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, sürüşmə yolun 11-ci kilometrliyində, Ağsu rayonunun Sanqalan və Quzey kəndləri istiqamətinə gedən hissəsində baş verib.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.