Moskva-Bakı reysi ilə uçan "Aeroflot" şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, təyyarə səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb.

Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz yerə enib.