Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, minik avtomobili 1974-cü il təvəllüdlü Gədəbəy rayon sakini Əjdər Ələsgərovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun hadisə yerində dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma başlanılıb.