Xaçmazda 37 yaşlı kişi kanalda boğulub.

BUTA.TV xəbər verir ki, Sibiroba kənd sakini 1989-cu il təvəllüdlü Rəşad Şixəmməd oğlu Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub.

R.Məmmədovun meyiti sudan çıxarılıb.

Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.