Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır,