Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, orada olan şəxslərdən xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Araşdırma aparılır.